ABŞ Mərkəzi Bankı (FED) siyasət faizini gözlənildiyi kimi dəyişməyərək 4,25-4,50 faiz səviyyəsində saxlayıb.
Banco.az xəbər verir ki, FED-dən verilən açıqlamada faiz dərəcəsinin sabit saxlanılması qərarının yekdilliklə qəbul edildiyi bildirilib.
Açıqlamada, bankın hədəflərini dəstəkləmək üçün federal fond dərəcəsi üçün hədəf aralığının 4,25% ilə 4,50% arasında sabit saxlanıldığı bildirildi.
Federal Açıq Bazar Komitəsinin (FOMC) uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 faiz inflyasiya əldə etməyi hədəflədiyi ifadə edilən açıqlamada, "İqtisadi görünüşlə bağlı qeyri-müəyyənlik azaldı, lakin yüksək olaraq qalır" dedi.
Fed inflyasiyada əldə etdiyi irəliləyişlə ötən ilin sentyabrında 4 ildən sonra ilk dəfə faiz dərəcələrini endirib və siyasət faizini 50 bənd aşağı endirdi.
Keçən ilin noyabr və dekabr aylarında siyasət faizini 25 baza bəndi endirən Fed, ötən ilin yanvar ayında üst-üstə üç iclasda etdiyi faiz endirimlərini dayandırmışdı. FED mart və may aylarında da keçirdiyi iclaslarda siyasət faizində dəyişiklik etməyib.
ABŞ-da inflyasiya 1981-ci ildən bəri ən yüksək səviyyə olan 2022-ci ilin iyununda illik bazda 9 faizə çatdıqdan sonra sonuncu dəfə may ayında illik 2,4 faiz səviyyəsində qeydə alınıb.
İki gün davam edən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının ardından FED verdiyi açıqlamada xalis ixracatdakı dalğalanmaların məlumatlara təsir göstərməsinə baxmayaraq, son göstəricilərin iqtisadi fəallığın güclü bir sürətlə genişlənməyə davam etdiyini göstərdiyini bildirib.
Bəyanatda işsizlik səviyyəsinin aşağı səviyyədə qaldığı və əmək bazarı şərtlərinin möhkəm qaldığı qeyd edilərək, “İnflyasiyanın bir qədər yüksək olaraq qaldığı” əlavə edilib.