Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Federal Ehtiyat Sistemi (FED) ilin ilk pul siyasəti iclasından sonra əsas faiz dərəcəsini 3,50–3,75 faiz səviyyəsində saxlayıb.
Banco.az xəbər verir ki, qərar 10-2 səs çoxluğu ilə qəbul olunub.
Kristofer Uoller və Stiven Miran isə faizlərin 25 bazis bəndi endirilməsini təklif ediblər.
FED açıqlamasında inflyasiyanın hələ də nisbətən yüksək qaldığı, məşğulluq artımının zəif olduğu, işsizlik səviyyəsinin isə sabitləşdiyi bildirilib. Rəsmilər iqtisadi artım tempini “sabit” kimi qiymətləndiriblər.
FED sədri Cerom Pauell mətbuat konfransında iqtisadiyyatın ili güclü başladığını, inflyasiyanın azalsa da 2 faizlik hədəfdən yuxarı qaldığını deyib. O, mövcud şərtlər daxilində faizlərin dəyişdirilməsinə tələsmədiklərini vurğulayıb.
Analitiklərə görə, FED-in gələcək qərarlarında inflyasiya və əmək bazarı ilə bağlı göstəricilər həlledici olacaq.
