FED-ə faiz endirimi çağırışları sürətlə davam edir | Banco.az

FED-ə faiz endirimi çağırışları sürətlə davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Maliyyə Naziri Skott Bessent FED-in faiz dərəcələrini 150-175 baza bəndi endirməli olduğunu bəyan edib.

Banco.az xəbər verir ki, ABŞ-da Federal Ehtiyat Sisteminə (FED) faiz endirimi çağırışları sürətlə davam edir.

“Bloombergə müsahibə verən ABŞ Maliyyə Naziri Skott Bessent FED-in faizləri 150–175 baza bəndi endirməli olduğunu bildirib.

Bessent sentyabr ayında faiz endirimlərinin 50 baza bəndlik azalma ilə başlamalı olduğunu vurğulayıb.

O, həmçinin FED sədrliyi ilə bağlı qiymətləndirmələr aparıldığını qeyd edib. FED-də vəzifə alan şəxslərdən ibarət bir siyahılarının olduğunu, eyni zamanda özəl sektorda çalışan adları da nəzərdən keçirdiklərini deyib.

Bessent Trampın FED sədrliyi seçimi mövzusunda açıq fikirli olduğunu iddia edərək, onun Cenet Yellen və Con Teylor kimi adlara baxdığını da söyləyib.

Bessent yeganə istəklərinin müsbət iqtisadi göstəricilər olduğunu ifadə edib və FED-in genişmiqyaslı istiqraz alımlarına geri dönməyə ehtiyacı olmayacağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram