"FED bu il 3 dəfə, 2026-cı ildə 2 dəfə faiz dərəcələrini endirə bilər" | Banco.az

"FED bu il 3 dəfə, 2026-cı ildə 2 dəfə faiz dərəcələrini endirə bilər"

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” çərşənbə günü yayımladığı araşdırma qeydlərində ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il üç dəfə 25 baza bəndlik faiz endirimi edəcəyini və 2026-cı ildə də iki dəfə əlavə endirim həyata keçirəcəyini gözlədiklərini bildirib.

Banco.az xəbər verir ki, bu halda, faiz dərəcəsi hazırkı 4,25–4,50% səviyyəsindən enərək 3–3,25% aralığına düşmüş olacaq.

“Goldman Sachs”ın qeydi çərşənbə axşamı açıqlanan və iyul ayında ABŞ istehlakçı qiymətlərinin cüzi artdığını göstərən məlumatlara əsaslanır. İyun ayında 0,3% artan istehlakçı qiymətləri iyulda yalnız 0,2% yüksəlib və bu, iqtisadçıların proqnozları ilə uyğun olub.

İstehlak Qiymətləri İndeksindəki yavaşlama, benzinin qiymətinin 2,2% enməsi ilə bağlıdır. Qida qiymətləri isə əvvəlki iki ayda 0,3% artmış olsa da, iyul ayında dəyişməyib.

ABŞ faiz fyuçersləri çərşənbə günü gec saatlarda, gələn ay 25 baza bəndlik faiz endiriminin 93%, hətta 50 baza bəndlik endirimin isə 7% ehtimalla baş verəcəyini qiymətləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram