Facebook-da reklam necə edilir? | Banco.az

Facebook-da reklam necə edilir?

Reklam yeni bir şey deyil. O həmişə olub və olacaq. Lakin günbəgün reklam vasitələrinə yeniləri əlavə olunur. Yeni olan hər bir şey isə həmişə maraqlı olur. Bəziləri özünü doğrultmasa da, bəziləri illərlə istifadə olunur.

Düşünürəm ki, sosial arena da reklamçılıq baxımından olduqca önəmlidir. Düşünsək ki, Facebook hal-hazırda əksər insanların aktiv fəaliyyət göstərdiyi bir məkandır. Şirkətlərin bu məkandan istifadə etməməsi sadəcə ağılsızlıq olardı.

Bəs yaxşı reklam necə olmalıdır?

1. Maraqlı

2. Təəccübləndirici

3. Xüsusi

4. İnandırıcı və satışı artıra biləcək.

Siz bütün bunları tərkibində saxlayacaq bir reklam elanını televiziya və radioda , mətbuatda, küçələrdə yayımlamaq istədikdə, təbii ki, qiymət olduqca yüksək olacaqdır. Amma sosial arenalarda bu belə deyil. Daha az bir məbləğə siz məhsulunuzu reklam edə bilərsiniz. Sadəcə addımları diqqətlə atmaq lazımdır ki, istədiyiniz nəticəyə çatasınız.

Sizə bu gün reklamı Facebook-da necə edəcəyiniz barədə məlumat verəcəyəm.

İlk növbədə nəyisə reklam etmək üçün reklamını edəcəyiniz məhsul və ya şirkətin Facebook səhifəsini yaratmalısınız. Facebook Səhifələrini siz şəxsi profillərinizdən aça bilərsiniz.  Buraya daxil olaraq Facebook Səhifənizi yarada bilərsiniz. Səhifəniz üçün xüsusi bir örtük şəkli seçin və profil rəsmi olaraq logonuzdan istifadə edin. Postlar yayımlayın və səhifənizi dostlarınızla paylaşın.

Səhifəniz hazırdırsa, artıq reklam edə bilərsiniz. Siz Facebook Səhifənizin var olduğunu hamıya göstərə bilər və eyni zamanda səhifənizin fan sayını artıra bilərsiniz. İstəsəniz səhifənizin sırf özünü və ya səhifədə paylaşdığınız postu reklama qoya bilərsiniz.

Reklamlar bank kartları ilə həyata keçirilir. Bunun üçün Facebook-da ödəniş formasını seçməli və məlumatlarınızı qeyd etməlisiniz. Buraya daxil olaraq ödəniş formasını hazırlaya bilərsiniz.

Facebook-da reklam yerləşdirməyin iki yolu var:

Birinci üsul qısa və olduqca rahatdır. Belə ki, siz səhifənizə daxil olursunuz və reklamını edəcəyiniz postun aşağı qismində yerləşən;

  • "postu reklam edin" butonuna basırsınız.
  • Açılacaq yeni pəncərədə "auditoriya" hissəsindən postunuzu kimlərin görməsini istədiyinizi seçirsiniz:

 - Birincini ( Səhifəni bəyənənlər və onların dostları ) seçsəniz post sadəcə səhifəni bəyənənlərə və onların dostlarına görünəcək.

 - İkincini ( People you choose through targeting ) seçsəniz, artıq burada kimlərin görə biləcəyini özünüz təyin edəcəksiniz. Belə ki, siz insanları yaş, cins, ölkə və maraq dairələrinə əsasən seçə bilərsiniz.

  • Daha sonra məbləği ("öz şəxsi reklamınızı seçin" hissəsinə daxil olaraq istədiyiniz məbləği qoya bilərsiniz) və müddəti təyin edin.
  • "Postu reklam edin" butonuna basaraq reklamı yerləşdirin.

1)

 

2)

Unutmayın seçdiyiniz hər bir detal (məbləğ, müddət, cins, yaş və s.) postun görünmə sayına təsir edəcək. Siz çalışın sizə lazım olan auditoriyanı seçin.

İkinci üsul isə daha geniş bir üsuldur.  Siz bu üsuldan istifadə etməklə reklamı hansı yöndə verəcəyinizi təyin edə bilərsiniz. Bu hissəyə keçmək üçün buraya və ya əsas səhifədən  “reklam yarat” bölməsinə daxil ola bilərsiniz. Daha sonra açılan yeni pəncərədən istədiyiniz tipdə olan reklamı seçirsiniz:

“Page Post Engagement” butonunu seçsəniz postlarınızın  like, şərh, share və s. kimi rəqəmlərini artırmış olarsınız.

Ən sərfəli kredit üçün müraciət et

“Page Likes” butonunu seçsəniz səhifənizin bəyənilmə sayını artıra bilərsiniz.

“Clicks to Website” butonunu seçməklə insanların internet saytınıza daxil olmalarına nail ola bilərsiniz.

“Website Conversions” butonunu seçsəniz insanları  veb saytınızda müəyyən işlər görmələri üçün məlumatlandıra bilərsiniz.

“App Installs” butonunu seçməklə siz proqramlarınızın yüklənmə sayını artıra bilərsiniz.

“App Engagement”  hissəsini seçsəniz proqramlarınıza daha çox hərəkət sayını artırmış olarsınız.

“Event Responses” butonuna daxil olmaqla keçriləcək toplantıların reklamını edə bilərsiniz.

“Offer Claims” butonunu seçsəniz Verdiyiniz təkliflərin reklamını edə bilərsiniz. 

Özünüzə uyğun hissəni seçdikdən sonra reklam üçün lazımi məlumatları qeyd etməklə reklamınızı yayımlaya bilərsiniz.

Mən sizə “Page Likes”“Clicks to Website”  butonlarını seçdikdən sonrakı mərhələlər haqqında məlumat verəcəyəm. Çünki bu seçimləri demək olar ki, çox insan istifadə edir və əsas bölmələrdir. 

  • Səhifənin like sayını artırmaq üçün “Page Likes” butonunu seçin.
  • Sol paneldə səhifənizin adını qeyd edin və “Continue” butonunu basın.
  • Açılacaq yeni səhifədə “İmages” hissəsində reklama qoyacağınız şəkli seçin.
  • “Text and Links” hissəsində reklam üçün sözlərinizi yazın (“Ad Preview and Placements” hissəsində reklamın formasını görə bilərsiniz).
  • “Audience” hissəsində reklamı görməsini istədiyiniz auditoriyanı təyin edə bilərsiniz.
  • “Account and Campaign” hissəsində isə məbləğ və müddəti təyin edə bilərsiniz. 
  • “Place Order” butonuna basmaqla reklamı yerləşdirmiş olacaqsınız.

1) 

2)

3)

4)

5)

  • Veb saytınıza giriş sayını artırmaq üçün  “Clicks to Website” hissəsini seçməlisiniz.
  • Sağ paneldə saytın ünvanını qeyd edib, “Continue” butonuna basın.
  • Açılacaq yeni səhifədə “İmages” Hissəsində Reklama verəcəyiniz şəkli yükləyin.
  • “Text and Links” hissəsində reklam üçün sözlərinizi yazın (“Ad Preview and Placements” hissəsində reklamın formasını görə bilərsiniz).
  • “Audience” hissəsində reklamı görməsini istədiyiniz auditoriyanı təyin edə bilərsiniz.
  • “Account and Campaign” hissəsində isə məbləğ və müddəti təyin edə bilərsiniz. 
  • “Place Order” butonuna basmaqla reklamı yerləşdirmiş olacaqsınız.

1)

Çalışın sosial şəbəkələrin verdiyi xidmətlərdən lazımi səviyyədə istifadə edəsiniz. 1 dollara reklam vermə şansını hər halda hər yer təklif eləmir. Odur ki, faydalanın.

 Hər birinizə bol-bol like arzulayıram :) 

Günel Abduraxmanova / Banco.az