Evsiz adam bir gündə milyonçu olub | Banco.az

Evsiz adam bir gündə milyonçu olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-ın Kaliforniya ştatında uzun illər evsiz yaşayan şəxs lotereyadan 1 milyon dollar qazanıb.

Banco.az xəbər verir ki, o, biletini hər zaman alış-veriş etdiyi "Sandy’s Liquor" mağazasından alıb.

Mağazanın meneceri Vilson Samaan şanslı qalibin uzun müddətdir mağazanın müştərisi olduğunu və eyni zamanda evsiz olduğunu bildirib.

Əvvəlcə o, 100 min dollar qazandığını düşünüb. Lakin mağaza rəhbəri bileti təkrar yoxlayaraq mükafatın əslində 1 milyon dollar olduğunu görüb.

Bileti təhlükəsiz şəkildə təqdim etmək üçün mağaza rəhbəri onu Kaliforniya Lotereya İdarəsinin ofisinə aparıb.

Lotereyanın saytında deyilir ki, kişinin aldığı biletlə cekpotu udmaq ehtimalı 2,047,423-də birdir.

Mağaza müdiri onu mükafata layiq olan sadiq və etibarlı insan adlandırıb. Kişi uzun illərdir Kaliforniyanın San Luis Obispo küçələrində yaşayıb. Samaan evsiz adama iş təklif etsə də, dizləri ağrıdığı üçün o, işdən imtina etməli olub.

O, qazandığı məbləğlə ilk növbədə ev və avtomobil alacağını və qalan hissəsini gələcək üçün yatırımlara sərf edəcəyini bildirib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram