Ermənistan enerji sistemini Azərbaycan və Türkiyə ilə sinxronlaşdırmaq niyyətindədir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Ermənistan enerji sistemini Azərbaycan və Türkiyə ilə sinxronlaşdırmaq niyyətindədir

Ermənistanın enerji sisteminin Türkiyə, Azərbaycan, İran və Gürcüstanla sinxronlaşdırılması mümkündür.

Bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, Ermənistan enerji sisteminin qonşu ölkələrlə sinxronlaşdırılması təkcə idxal-ixrac baxımından kommersiya əhəmiyyəti daşımır, həm də sistemə dayanıqlılıq gətirəcək.

    Hazırda bunun üçün heç bir texniki maneənin olmadığını bildirən Xudatyan hələlik konkret vaxt çərçivələrinin müəyyən edilmədiyini deyib.

    apa