Müəllif - Fərid İslamov - Banco.az
Norveçin Equinor şirkəti tərəfdaşları ilə birlikdə Barents dənizindəki Johan Castberg neft yatağında hasilata başlayıb. Şirkət yatağı 2025-ci ilin ikinci rübündə gündəlik 220 min barel hasilat səviyyəsinə çatdırmağı planlaşdırır, bu barədə şirkətin mətbuat məlumatında bildirilib.
Yatağın çıxarıla bilən ehtiyatları 450-650 milyon barel həcmində qiymətləndirilir. Yataqda hasilat 30 il ərzində üzən platforma vasitəsilə həyata keçiriləcək.
“2024-cü ilin qiymətləri ilə 86 milyard Norveç kronu (təxminən 8 milyard ABŞ dolları) dəyərində olan yatağın xərcləri iki ildən az müddətdə geri qaytarılacağını gözləyirik,” - deyə Equinor-un layihələr üzrə icraçı vitse-prezidenti Geir Tungesvik qeyd edib.
Hazırda 30 quyudan 12-si qazılıb və bu, yatağı 2025-ci ilin ikinci rübündə hasilat platosuna çıxarmaq üçün kifayətdir. Geoloji kəşfiyyat işləri isə davam edir və çıxarıla bilən ehtiyatların 200-550 milyon barel artacağı gözlənilir.