ABŞ-da insan resursları sektorunda fəaliyyət göstərən "CareerCast" təşkilatı, 200 iş sahəsi arasında ən stressli 10 iş sahəsini siyahıya aldı.
Əsgərlik
Təşkilatın internet saytında yerləşən siyahıya görə "ən stressli peşələr" siyahısının üst hissəsində illik orta hesabla 27 min 936 dollar gəlirlə əsgərlik var. Araşdırmada xüsusilə cəbhə xəttində xidmət göstərən əsgərlərin 30%-nin əqli problem yaşadığı bildirildi.
Yanğınsöndürən
Siyahının ikinci sırasında isə illik orta hesabla 45 min 970 dollar gəlirlə yanğın söndürənlər iştirak edir. ABŞ-da keçən il 80 xilasedicinin vəzifə əsnasında həyatını itirdiyi qeyd edildi.
Pilot
Ən stressli peşələr arasında üçüncü sırada isə ildə orta hesabla 103 min 390 dollar qazanc əldə edilən təyyarə pilotluğu iştirak edir.
Polis
Dördüncü sırada illik 58 min 630 dollar qazandıran polislik dayanır.
Təşkilatçılıq
Beşinci sırada təşkilatçılıq var. Toy və nişan kimi xüsusi günlər ilə bərabər, konfrans və zirvə kimi geniş iştirakçıların olduğu tədbirlərin təşkilatçılarının orta hesabla illik gəliri 46 min 490 dollardır.
İctimaiyyətlə əlaqələr təmsilçisi
Siyahının altıncı sırasında İctimaiyyətlə əlaqələr Təmsilçiliyi dayanır .
Üst səviyyə idarəçi
Onluğun yeddinci sırasında üst səviyyə şirkət idarəçiliyi var.
Televiziya-radio yayınçısı
Səkkizinci sırada iş saatlarında canlı yayın stresi yaşanan televiziya və radio yayınçıları var.
Müxbir
Media sahəsinin digər bir sahəsi olan qəzet müxbirliyi isə ən stressli doqquzuncu peşə olaraq təyin olunub. Araşdırmada qəzetlərin, reklam gəlirlərinin azalması və internet yayımı ilə yaşadığı rəqabət səbəbiylə işçi çıxardığı və işçilərin əmək haqlarının hər keçən gün azaldığı qeyd edildi. Jurnalistlərin orta hesabla illik qazancı isə 37 min 200 dollardır.
Taksi sürücüsü
Siyahının onuncu sırasında gün boyu yolda olan və əsəbi müştərilərlə baş çıxarmaq məcburiyyətində qalan taksi sürücüsüləri iştirak edir.