Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb | Banco.az

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,59% artaraq 2 664,1 ABŞ dollarına bərabər olub.

Banco.az xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 1,15% artaraq 31,9 ABŞ dollarına bərabər olub.