Bakı Fond Birjasında keçirilən əməliyyatların həcminə görə Unicapital investisiya şirkəti liderdir. Banco.az portalı Bakı Fond Birjasına istinadən bildirir ki, cari ilin yanvar-iyun aylarında keçirilən cəmi əməliyyatların həcminə görə Unicapital investisiya şirkəti birinci olub. Belə ki, investisiya şirkəti, 2 mlrd. 419 mln 755 min AZN həcmində əməliyyat həyata keçirib. Bunun 1mlrd 299 mln 201 mini səhmlərlə olan əməliyyatların payına düşür.
Banco.az portalı BFB-nin təqdim etdiyi məlumat əsasında investisiya şirkətlərinin əməliyyat həcminə (AZN) görə renkinqini sizə təqdim edir.
| Şirkətin adı | Əməliyyatın həcmi |
| Unicapital | 2 419 755 098 |
| İnvest-Az | 1 100 677 834 |
| AzFinance | 787 057 070 |
| Paşa Kapital | 112 138 882 |
| PSG Kapital | 105 302 035 |
| Kapital Menecment | 47 805 709 |
Könül Soltanova, Banco.az
