"Azərbaycanda əmək haqqına tətbiq olunan fiskal yükə yenidən baxmaq lazımdır".
Bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") prezidenti Nuran Kərimov deyib.
Onun sözlərinə görə, ölkədə korporativ vergi yükü böyük olmasa da, fiskal yükə yenidən baxılmasına ehtiyac var: "İşçi və sahibkarlar üçün bugünkü fiskal yük olduqca ağırdır. Buna nəzər yetirməyin vaxtı çatıb".
Apa.az