Elman Rüstəmov: Azərbaycanda manatın üzən məzənnə rejiminə keçidi özünü doğrultdu | Banco.az

Elman Rüstəmov: Azərbaycanda manatın üzən məzənnə rejiminə keçidi özünü doğrultdu

Azərbaycanda milli valyutanın üzən məzənnə rejiminə keçidi özünü doğrultdu.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, indiki şəraitdə qlobal iqtisadiyyatda vəziyyəti nəzərə alsaq, bu, düzgün qərardır və o, Azərbaycanın strateji maraqlarına uyğundur: "Azərbaycan manatı dayanıqlığı təmin edilməyənədək "üzən" rejimdə olacaq. Əsas vəzifəmiz manatın məzənnəsinin ifrat dəyişkənliyinin qarşısını almaqdır".