Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ Energetika Nazirliyi bu il üçün "Brent" markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu 84,9 dollardan 83,99 dollara endirib.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.
Məlumata görə, gələn il "Brent" markalı neftin bir barelinin qiymətinin 93,24 dollar olacaq. Eyni zamanda, agentlik WTI markalı neftin bir barelinin qiymətinin bu il 79,41 dollar, 2024-cü ildə isə 89,24 dollar səviyyəsində olacağını proqnoz edir.
Hesabata görə, ötən il "Brent" markalı neftin 1 barelinin dəyəri 100,94 dollar, WTI-nin 1 barelinin qiyməti isə 94,91 dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!