Əhalinin banklardakı əmanətləri 23%-ə yaxın artıb | Banco.az

Əhalinin banklardakı əmanətləri 23%-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhalinin banklardakı əmanətləri 10,593 milyard manata çatıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu rəqəm, 2022-ci ilin dörd ayı ilə müqayisədə 0,7%, ötən ilin eyni dövrünə nisbətən isə 22,6% çoxdur.

Qeyd edək ki, 2021-ci ilin eyni dövründa əhalinin banklardakı depozitlərinin həcmi 8,635 milyard manat təşkil edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram