Əhali geyimə nə qədər pul xərcləyib? | Banco.az

Əhali geyimə nə qədər pul xərcləyib?

2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 644,6 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabı satılıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar ayına nisbətən 5,3% çoxdur.

2024-cü  ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 14,3% faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Əhaliyə 2023-cü ildə  toxuculuq məhsulları, geyim və ayaqqabılara 6,45 milyard manat xərcləyib. Geyimə çəkilən xərclərdə real artım (inflyasiya nəzərə alınmadan) 5,2 faiz, inflyasiya nəzərə alındıqda isə 13,6 faiz olub.Ötən il geyimə xərclənən pul 773 milyon manatdan çox artmaqla cəmi xərclərin 14 faizini, qeyri-ərzaq xərclərinin isə 29 faizini təşkil edib.
2022-ci ilin sonunda əhali istehlak mallarının alınmasına xərcləri 3,1% artırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram