ECB faizləri dəyişməyib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ECB faizləri dəyişməyib

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin 0% səviyyəsində saxlanılmasına dair qərar qəbul olunub.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini -0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Bank həmçinin monetar ekspansiya ilə bağlı qərarını dəyişməyib və aylıq istiqraz alışı həcmini 60 mlrd. avro məbləğində saxlayıb. Bakı vaxtı ilə saat 16:30-da isə ECB sədri Mario Draginin açıqlamaları gözlənilir.