Dünyanın ən çox satılan avtomobili açıqlandı | Banco.az

Dünyanın ən çox satılan avtomobili açıqlandı

Müəllif:Mehin Qasımova,Banco.az

2025-ci ilin ilk doqquz ayı üzrə qlobal avtomobil satış məlumatları açıqlanıb.

Banco.az xəbər verir ki, elektrikli modellər yüksəlməyə davam etsə də, "Tesla Model Y" bu il ən yüksək pillədən geri qalıb. Siyahıda birinci yer bir çox avtomobil həvəskarlarını təəccübləndirib. 

"Toyota RAV4" 2025-ci ilin ilk doqquz ayında dünyada ən çox satılan avtomobil oldu. Satışlar əvvəlki illə müqayisədə 1,5 faiz artıb və qlobal bazarda 2,5 faiz payını qoruyıb.

 Mütəxəssislər RAV4-ün uğurunu onun yanacaq səmərəliliyi, davamlılığı və aşağı texniki xidmət xərcləri ilə əlaqələndirirlər.

"Focus2Move" tərəfindən tərtib edilmiş 2025-ci il üçün dünyanın ən yaxşı 10 avtomobili aşağıdakılardır:

10 - Kia Sportage

9 - Toyota Hilux (pikap)

8 - Hyundai Tucson

7 - Toyota Camry

6 - Chevrolet Silverado (pikap)

5 - Honda CR-V

4 - Tesla Model Y

3 - Ford F-Series (pikap)

2 - Toyota Corolla

1 - Toyota RAV4