Dünyanın 100 ölkəsində Azərbaycan biznesini birləşdirəcək bir təşkilat yaradılacaq | Banco.az

Dünyanın 100 ölkəsində Azərbaycan biznesini birləşdirəcək bir təşkilat yaradılacaq

Biz dünyanın 100 ölkəsində Azərbaycan biznesini birləşdirəcək böyük bir təşkilat yaradacağıq.

Bunu “Caspian Energy Club”un idarə heyətinin sədri, baş icraçı direktor Telman Əliyev bu gün Bakıda keçirilən Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrin inkişafına dair “B2B Forum”unda deyib.

O bildirib ki, bu ildən etibarən Azərbaycan Milli Biznes Assosiasiyası yaranır:

"Biz dünyanın 100 ölkəsində Azərbaycan biznesini birləşdirəcək böyük bir təşkilat yaradacağıq. 100-dən çox ölkədə Azərbaycan biznesi fəaliyyət göstərir. Bu istiqamətdə də dəstəyə ehtiyacımız var. Əməkdaşlığımızın ikitərəfli olmasını istəyərdik. Çünki ikitərəfli hərəkət daha uğurlu olur".

trend