Dünyadakı heyrətamiz milli parklar | Banco.az

Dünyadakı heyrətamiz milli parklar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Banco.az dünyanın müxtəlif yerlərindən ən maraqlı milli parkları təqdim edir.

Veluwe Təbiət Qoruğu, Niderland

Veluwe Nature Reserve, Netherlands

Niderlandda, Arnhem şəhərinin bir neçə kilometr şimalında çox gözəl və heyrətamiz bir milli park yerləşir. De Hoge Veluwe Milli Parkı, nadir rast gəlinən heyvanlar və bitkilərə ev sahibliyi etməsi ilə tanınan bir təbiət qoruğudur. Park təkcə vəhşi təbiəti müşahidə etmək üçün saysız imkanlar təqdim etmir, həm də açıq hava macəralarını sevənlər üçün çoxlu sayda velosiped və piyada yürüş marşrutuna malikdir. Bu parkda Van Qoq və Pikasso kimi sənətkarların möhtəşəm əsərlərinin nümayiş olunduğu Kröller-Müller Muzeyi də yerləşir.

Khao Samroiyod Milli Parkı, Tailand

Khao Samroiyod National Park, Prachuap Khiri Khan province, Thailand

Bueng Bua Təbiət Müşahidə Mərkəzində yerləşən üzən köşkün mənzərəsi sizi heyran edəcək. Köşk batıqlığın üzərində tikilmiş taxta bir körpü ilə əlçatandır. Bu batıqlıq, Bangkokdan təxminən dörd saatlıq avtomobil məsafəsində yerləşən Khao Sam Roi Yot Milli Parkında yerləşir. Təbiət müşahidə mərkəzi dağ mənzərələri ilə əhatələnmiş sakit və təbiətlə iç-içə olmaq üçün mükəmməl bir məkandır. Göl kənarında gəzərkən sərin mehadan zövq alıb quşları müşahidə edə bilərsiniz.

Zion Milli Parkı, Yuta, ABŞ

Utah, United States

Fotoda Yuta ştatında yerləşən Zion Milli Parkındakı Angels Landing (Mələklərin Zirvəsi) görünür. Qısa, lakin dik olan bu marşrutun sonuna çatmaq üçün sıldırım qayalar üzərinə quraşdırılmış zəncirlərdən istifadə olunur. Zirvəyə çatdıqda sizi Zion Kanyonu və Virgin çayının valehedici, başgicəlləndirici mənzərəsi qarşılayır. Bura o qədər populyardır ki, giriş üçün icazə tələb olunur. Əgər şanslısınızsa, park rəhbərliyi tərəfindən əvvəlki gün keçirilən püşkatmada icazə ala bilərsiniz. Qısa olmasına baxmayaraq, bu marşrut yüngülə alınmamalıdır – ondan çox insan burada yıxılaraq həyatını itirib. Zionun vəhşi gözəlliyindən daha təhlükəsiz və sakit yollarla da zövq almaq mümkündür.

Masai Mara Milli Parkı, Keniya

Masai Mara National Reserve, Kenya

Tanzaniyadakı Serengeti Milli Parkı ilə birlikdə Keniya cənub-şərqində yerləşən bu qoruq, Afrikanın aparıcı vəhşi təbiət qoruma ərazilərindən biridir. Bu rezervat dünyanın ən yaxşı safari təcrübəsini təqdim edən, Afrikanın ən heyranedici və müxtəlif ekosistemlərindən biri kimi tanınır. 1.510 kvadrat kilometr ərazini əhatə edən park; bənzərsiz vəhşi təbiət qoruma ərazisini, yaşıl otlaqları və Mara çayını əhatə edən meşəlik sahələrin gözqamaşdırıcı mənzərəsini təqdim edir.

Point of Arches, Vaşinqton, ABŞ

Point of Arches, Washington, US

Olympic Milli Parkının sahilindəki Shi Shi çimərliyi boyunca uzanan bu fərqli təbii formalar Point of the Arches (Tağ nöqtəsi) adlanır. Bu unikal qaya strukturları Sakit okeanı dalğalarının fonunda qeyri-adi günbatan görüntüləri çəkmək istəyən fotoqrafların maraq dairəsindədir və tam bir tablo gözəlliyində mənzərələr təqdim edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram