Dünyada 304 milyon insan doğulduğu ölkədən kənarda yaşayır | Banco.az

Dünyada 304 milyon insan doğulduğu ölkədən kənarda yaşayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal miqyasda 304 milyon insan doğulduğu ölkədən kənarda yaşayır.

Banco.az xəbər verir ki, "Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM)" bu gün açıqlayıb ki, hazırda dünyada təxminən 304 milyon insan, yəni qlobal əhalinin təxminən 4 faizi doğulduğu ölkədən kənarda yaşayır. Açıqlamada insanların iş, təhlükəsizlik, təhsil və ailə kimi səbəblərlə miqrasiya etməyə davam etməsi nəticəsində bu rəqəmin sabit şəkildə artdığı vurğulanıb.

IOM tərəfindən 18 dekabr – Beynəlxalq Miqrantlar Günü münasibətilə yayımlanan yazılı açıqlamada miqrasiya fürsətləri, bəşəriyyətin irəliləyişini və ortaq inkişafı təmsil edən bir proses kimi xarakterizə edilib.

Açıqlamada hərəkət halında olan insanları qoruyan və onları qəbul edən icmaları dəstəkləyən daha güclü miqrasiya sistemlərinə ehtiyac olduğu bildirilib. Bu çərçivədə, “Hər bir miqrant ümid, cəsarət və daha yaxşı həyat arzusu ilə bağlı şəxsi bir hekayə daşıyır. Sistemlər insanları səfərləri boyunca qoruduqda, bu hekayələr təhlükəsiz şəkildə inkişaf edə bilər. Bu gün təxminən 304 milyon insan, yəni qlobal əhalinin təxminən 4 faizi doğulduğu ölkədən kənarda yaşayır. İnsanlar iş, təhlükəsizlik, təhsil və ailə səbəbilə miqrasiya etdikcə bu rəqəm davamlı olaraq artır”, – ifadələrinə yer verilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram