Neft qiymətləri yanacağa tələbatın pik həddi olan yay dövrünün başa çatması ilə bağlı gözləntilər səbəbindən əvvəlki sessiyada enişdən sonra çərşənbə günü səhər mülayim şəkildə yüksəlir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında oktyabrın 1-də Brent markalı neftin fyuçersləri 0,12 dollar (0,18%) bahalaşaraq 66,24 dollar/barelə çatıb. Çərşənbə axşamı Brent 0,51 dollar (0,77%) ucuzlaşaraq 66,12 dollar/barelə düşüb.
Bu vaxta qədər WTI markalı neftin sentyabr fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasının elektron hərraclarında 0,09 dollar (0,14%) bahalaşaraq bir barelə görə 63,26 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilənin qiyməti 0,79 dollar (1,24%) ucuzlaşaraq 63,17 dollar/barel olub.
Neft ABŞ və Çinin “tarif atəşkəsi”ni 90 gün uzatması xəbərinə baxmayaraq, bir gün əvvəl ucuzlaşdı.