ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,35% azalaraq 1 barelə görə 70,79 ABŞ dolları təşkil edib.
Birja məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,85% azalaraq 1 barelə görə 67,68 ABŞ dollarına bərabər olub.