Dünya bazarlarında neft bahalaşıb | Banco.az

Dünya bazarlarında neft bahalaşıb

Neft qiymətləri ABŞ və onun tərəfdaşları arasında ticarət danışıqlarının gedişi ilə bağlı nikbinlik fonunda artmaqda davam edir.

Banco.az xəbər verir ki, Brent markalı neftin 1 bareli 0,15 dollar və ya 0,22% faiz artaraq 69,33 dollara yüksəlib.

WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu-Yorkun NYMEX əmtəə birjasında 0,15 dollar və ya 0,23% artaraq bir barelə görə 66,18 dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram