Dünya bazarlarında neft bahalaşıb | Banco.az

Dünya bazarlarında neft bahalaşıb

Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 73,88 dollar/barel təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,09 dollar (0,12%) bahadır. Çərşənbə günü bu kontraktlar 0,77 dollar (1,1%) artaraq 73,79 dollar/barel olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin may fyuçerslərinin qiyməti bu vaxta qədər 0,11 dollar (0,16%) artaraq bir barelə görə 69,76 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,65 dollar (0,9%) artaraq bir barel üçün 69,65 dollar təşkil edib.