Cümə günü səhər neft qiymətləri əvvəlki sessiyanın sonunda mülayim enişdən sonra bir qədər ucuzlaşır.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,12 dollar (0,17%) ucuzlaşaraq 68,68 dollar/barelə bərabər olub. Cümə axşamı bu kontraktlar 0,31 dollar (0,4%) azalaraq 68,8 dollar/barelə düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında avqust ayı üçün WTI neftinin fyuçersləri bu vaxta qədər 2 sent ucuzlaşaraq bir barel üçün 66,98 dollar təşkil edib. Əvvəlki sessiyanın sonunda bu kontraktların dəyəri 0,45 dollar (0,6%) azalaraq 67 dollar/barel təşkil edib.
Bazar iştirakçıları Amerika əmək bazarı ilə bağlı statistik məlumatları qiymətləndirməyə davam edirlər.