Dünya bazarında neft ucuzlaşır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dünya bazarında neft ucuzlaşır

Cümə günü neftin qiyməti geosiyasi gərginliyin bir qədər azaldılması sayəsində aşağı düşür.

Banco.az xəbər verir ki, treyderlər ABŞ-ın Ukraynadakı münaqişəni həll etmək planı ilə bağlı mediada yayılan xəbərləri dəyərləndirirlər.

Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,7 dollar (1,1%) aşağı düşərək, 62,68 dollar/barel təşkil edib. Cümə axşamı günü bu kontraktlar 0,13 dollar (0,2%) azalaraq 63,38 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin yanvar fyuçersləri 0,75 dollar (1,27%) ucuzlaşaraq 58,25 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada bu müqavilələr 0,25 dollar (0,42%) ucuzlaşaraq 59 dollar/barel olub.

Amerikanın Ukraynadakı münaqişənin həlli ilə bağlı hazırladığı təklifdə digər məsələlərlə yanaşı, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi də var. 

Agentlik yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan Moskva ilə məsləhətləşmələr zamanı hazırlanmış münaqişənin nizamlanması sazişini tezliklə qəbul etməli olduğu barədə siqnallar alıb .

ABŞ-ın Rosneft və LUKOIL-a qarşı sanksiyaları cümə günü qüvvəyə minir .