Neftin qiymətləri qlobal bazarda təklifdən artıqlığın yeni əlamətləri ilə aşağı düşür.
Banco.az xəbər verir ki, Amerika Neft İnstitutunun (API) çərşənbə günü axşam açıqladığı təxminlər, keçən həftə ABŞ-ın xam neft ehtiyatlarının 4,4 milyon barel artdığını göstərdi.
API-ə görə, benzin və distillə ehtiyatları da artıb.
Çin broker şirkəti Haitong Futures-in analitiklərinin fikrincə, API məlumatları zəif tələbi və neft qiymətlərinin aşağı proqnozunu göstərir.
Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,15 dollar (0,23%) aşağı düşərək 64,74 dollar/barel təşkil edib. Çərşənbə axşamı bu kontraktlar 0,69 dollar (1,07%) artaraq 64,89 dollar/barelə çatıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı xam neftin dekabr fyuçersləri 0,11 dollar (0,18%) ucuzlaşaraq 60,63 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada bu müqavilələr bir barel üçün 0,83 dollar (1,39%) artaraq 60,74 dollar olub.
Bazar ABŞ-ın iqtisadi statistikasının dərcinin bərpasını gözləyir və Rusiya neftinin ixracı ilə bağlı məlumatları izləməyə davam edir.
