Dünya bazarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarında neft ucuzlaşıb

Londonun ICE Futures birjasında iyun ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,19 dollar (1,25%) azalaraq bir barel üçün 94,29 dollara düşüb. Bazar ertəsi günü müqavilə 5,10 dollar (5,64%) artaraq bir barel üçün 95,48 dollara düşüb.

Banco.az xəbər verir ki, Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin may fyuçerslərinin qiyməti 1,02 dollar (1,14%) azalaraq bir barel üçün 88,59 dollara düşüb. Əvvəlki sessiyada bu müqavilələr 5,76 dollar (6,87%) artaraq bir barel üçün 89,61 dollara düşüb.