Neft qiymətləri əvvəlki sessiyada demək olar ki, üç həftənin ən yüksək səviyyəsinə qalxdıqdan sonra çərşənbə axşamı səhər ucuzlaşır.
Banco.az xəbər verir ki, Brent markalı oktyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,29 dollar (0,42%) ucuzlaşaraq bir barel üçün 68,51 dollar olub. Bazar ertəsi Brent markalı neftin barreli 1,07 dollar (1,58%) artaraq 68,80 dollar olub.
Bu vaxta qədər WTI markalı neftin oktyabr fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasının elektron hərraclarında 0,33 dollar (0,51%) ucuzlaşaraq bir barelə görə 64,47 dollar təşkil edirdi. Əvvəlki sessiyada müqavilənin qiyməti 1,14 dollar (1,79%) artaraq 64,80 dollar/barel olub.
Bazar iştirakçıları Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar ətrafında vəziyyətin monitorinqini davam etdirirlər.
ABŞ prezidenti Donald Tramp vəziyyəti bir-iki həftəyə dəyərləndirəcəyini bildirib. O vurğulayıb ki, münaqişə tərəfləri onun sülh yolu ilə həllində irəliləyiş göstərməsələr və sammit keçirməsələr, ciddi tədbirlər görə bilər.
Tramp daha əvvəl ölkənin Rusiya neftini almağa davam etdiyinə görə Hindistan idxalına əlavə tariflər tətbiq edəcəyini açıqlamışdı. Tariflərin çərşənbə günü qüvvəyə minəcəyi gözlənilir.