Neft qiymətləri əvvəlki sessiyanın sonunda inamlı yüksəlişdən sonra cümə günü səhər ucuzlaşır.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında oktyabr müqavilələrinin qiyməti bir barel üçün 0,22 dollar (0,33%) azalaraq 66,62 dollar olub.
Cümə axşamı onlar 1,21 dollar (1,8%) artaraq 66,84 dollar/barelə çatıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI neftinin fyuçersləri 0,25 dollar ucuzlaşaraq bir barelə görə 63,71 dollar təşkil edir. Əvvəlki sessiyanın sonunda onların qiyməti 1,31 dollar (2,1%) artaraq 63,96 dollar/barel olub.
Bazarların diqqəti ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında cümə günü axşam Alyaskada keçirilməsi planlaşdırılan görüşə yönəlib.