ABŞ-İran danışıqlarında irəliləyiş potensial tədarük məhdudiyyətləri ilə bağlı narahatlıqları azaldıb, neft hərraclarda ucuzlaşır.
Banco.az xəbər verir ki, bununla belə, treyderlər hələ də ABŞ prezidenti Donald Trampın ticarət müharibəsinin qlobal iqtisadiyyata və enerji tələbatına təsirindən narahatdırlar.
Londonun ICE Futures birjasında Brent markalı iyun fyuçersləri 1,13 dollar (1,7%) ucuzlaşaraq 66,83 dollar/barelə bərabər olub. Bu vaxta qədər WTI markalı neftin iyun fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda bir barelə görə 1,09 dollar (1,7%) ucuzlaşaraq 62,92 dollar təşkil edib.
Pasxa həftəsonu ilə əlaqədar cümə günü ticarət olmayıb.