Müəllif:Mehin Qasımova,Banco.az
Bazar ertəsi səhəri Yaxın Şərqdə davam edən gərginlik səbəbindən neft qiymətləri yüksəlir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında may ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,74 dollar (1,69%) artaraq bir barel üçün 104,88 dollara çatıb. Ötən cümə günü müqavilə 2,68 dollar (2,67%) artaraq bir barel üçün 103,14 dollara çatıb.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarət sessiyasında aprel ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti 0,98 dollar (0,99%) artaraq bir barel üçün 99,69 dollara çatıb. Əvvəlki sessiyada bu müqavilələrin qiyməti 2,98 dollar (3,11%) artaraq bir barel üçün 98,71 dollara çatıb.
Son bir həftə ərzində Brent markalı neft 11,3%, WTI markalı neft isə 8% bahalaşıb. Ayın əvvəlindən bəri hər iki neftin qiyməti 40%-dən çox artaraq Yaxın Şərqdəki münaqişə fonunda 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
