Dünya bazarında neft bahalaşmaqda davam edir | Banco.az

Dünya bazarında neft bahalaşmaqda davam edir

Cümə axşamı səhəri neft qiymətləri əvvəlki sessiyada əhəmiyyətli artımdan sonra sürətlə yüksəlir.

Banco.az xəbər verir ki, bazar iştirakçıları ABŞ-da neft ehtiyatlarının azaldılması ilə bağlı siqnalları qiymətləndirir və iyulda hasilatın həcmi ilə bağlı OPEC+ qərarını gözləyirlər.

Londonun ICE Futures birjasında iyul ayında Brent markalı neftin bir barelinin qiyməti 0,91 dollar (1,4%) artaraq 65,81 dollar olub. Çərşənbə günü Brent 0,81 dollar (1,26%) bahalaşaraq 64,90 dollar/barelə çatıb.

Bu vaxta qədər WTI markalı neftin iyul fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,94 dollar (1,52%) bahalaşaraq bir barelə görə 62,78 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,95 dollar (1,56%) artaraq 61,84 dollar olub.

Amerika Neft İnstitutu ötən həftə ABŞ-ın neft ehtiyatlarının 4,24 milyon barrel azaldığını bildirib. Əvvəlki həftə bu rəqəm 2,5 milyon barel artıb.