Dünya bazarında neft bahalaşmaqda davam edir | Banco.az

Dünya bazarında neft bahalaşmaqda davam edir

Neftin qiyməti əvvəlki sessiyanın sonunda 3%-dən çox artdıqdan sonra çərşənbə günü də bahalaşmaqda davam edir.

Banco.az xəbər verir ki, bazar, ABŞ və Çinin ticarət danışıqlarına başlamaq barədə razılığa gəldiyi xəbərləri ilə dəstəklənir və bu, iki ölkə arasındakı münasibətlərdə gərginliyin azaldılmasına ümidləri artırır. 

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 62,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,54 dollar (0,87%) çoxdur. Çərşənbə axşamı bu kontraktların qiyməti 1,92 dollar (3,2%) artaraq 62,15 dollar/barel olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,59 dollar (1%) bahalaşaraq bir barel üçün 59,68 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,96 dollar (3,43%) artaraq bir barel üçün 59,09 dollar olub.