Çərşənbə axşamı günü əhəmiyyətli azalmadan sonra çərşənbə günü səhər neft qiymətləri mülayim yüksəldi.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı yanvar fyuçersləri 0,24 dollar (0,38%) artaraq 62,72 dollar/barel təşkil edib. Çərşənbə axşamı Brent 0,89 dollar (1,4%) ucuzlaşaraq 62,48 dollar/barelə düşüb.
Bu vaxta qədər NYMEX birjasında WTI markalı neftin yanvar fyuçersləri 0,24 dollar (0,41%) bahalaşaraq 58,19 dollar/barelə çatıb. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,89 dollar (1,5%) ucuzlaşaraq 57,95 dollar olub.
