Cümə axşamı səhəri neft qiymətləri orta dərəcədə artıb.
Banco.z xəbər verir ki, Londonun ICE Futures birjasında aprel ayı üçün Brent markalı neftin fyuçersləri 0,21 dollar (0,3%) artaraq bir barel üçün 71,06 dollara çatıb. Çərşənbə günü isə Brent markalı neftin qiyməti 8 sent artaraq bir barel üçün 70,85 dollara çatıb.
Nyu-York Ticarət Birjasında (NYMEX) keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin aprel fyuçerslərinin qiyməti 0,19 dollar (0,29%) artaraq bir barel üçün 65,61 dollara çatıb. Əvvəlki sessiyada müqavilə 21 sent artaraq bir barel üçün 65,42 dollara çatıb.
