Venesueladan gələcək tədarüklə bağlı qeyri-müəyyənlik bazarın bərpasına təkan verir.
Banco.az xəbər verir ki,cümə günü ABŞ-ın aparıcı neft şirkətlərinin rəhbərləri Venesuelanın neft sektorunun bərpası perspektivlərini müzakirə etmək üçün Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcəklər.
Bundan əlavə, İranda artan iğtişaşlar həmin ölkədə neft hasilatının perspektivləri ilə bağlı narahatlıqları artırır.
Londonun ICE Futures birjasında mart ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,38 dollar (0,61%) çox, barel üçün 62,37 dollar təşkil edib. Cümə axşamı günü bu müqavilələr 2,03 dollar (3,4%) artaraq 24 dekabrdan bəri ən yüksək qiymət olan barel üçün 61,99 dollara çatıb.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarət sessiyasında WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 0,37 dollar (0,64%) artaraq bir barel üçün 58,13 dollara çatıb. Əvvəlki sessiyada onların qiyməti 1,77 dollar (3,2%) artaraq bir barel üçün 57,76 dollara çatıb.
