Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

Müəllif:Mehin Qasımova,Banco.az

Zəif ticarət aktivliyi fonunda neft qiymətləri cümə günü bir qədər yüksəldi və həftəni oktyabrın sonundan bəri ən yüksək artımla başa vurdu.

Banco.az xəbər verir ki, ABŞ və Avropa fond birjaları Milad bayramı münasibətilə bağlı olduğundan dünən ticarət aparılmayıb.

London ICE Futures birjasında fevral ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti bir barel üçün 62,32 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışından 0,08 dollar (0,13%) çoxdur.

Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral ayı üçün fyuçersləri bu vaxta qədər 0,07 dollar (0,12%) artaraq bir barel üçün 58,42 dollara çatıb.

Bu həftənin əvvəlindən bəri Brent və WT qiymətləri 3%-dən çox artıb.