Çərşənbə günü səhər neftin qiyməti əvvəlki iki sessiyada kəskin enişlərdən sonra mülayim şəkildə yüksəlib.
Banco.az xəbər verir ki, Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 0,28 dollar (0,42%) artaraq 66,31 dollar olub. Çərşənbə axşamı müqavilə 1,06 dollar (1,6%) ucuzlaşaraq 66,03 dollar/barelə düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin noyabr fyuçersləri 0,26 dollar (0,42%) artaraq 62,63 dollar/barelə çatıb. Əvvəlki sessiyada bu kontraktların qiyməti 1,08 dollar (1,7%) ucuzlaşaraq 62,37 dollar/barel olub.
Bir gün əvvəl OPEC+ üzv səkkiz ölkəsinin könüllü məhdudiyyətlərdən sürətləndirilmiş çıxışı nəzərdən keçirə biləcəyi və üç ay ərzində hasilatı sutkada 500 min barel artırmağa keçə biləcəyi ilə bağlı məlumatlar fonunda qiymətlər ucuzlaşdı.
OPEK katibliyi daha sonra bu məlumatı təkzib edərək, bu bəyanatların tamamilə həqiqətə uyğun olmadığını və aldadıcı olduğunu bildirib.
Növbəti OPEC+ görüşü oktyabrın 5-də baş tutacaq.