Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

Neftin qiyməti ötən həftənin enişindən sonra bazar ertəsi günü bir qədər yüksəlir.

Banco.az xəbər verir ki, treyderlərin diqqəti hələ də ABŞ prezidenti Donald Trampın avqustun 1-dən bəzi ölkələrə tariflər tətbiq etmək planı ilə bağlı ticarət tərəfdaşları ilə danışıqlara yönəlib.

Londonun ICE Futures birjasında sentyabrın 1-də Brent markalı neftin fyuçersləri 0,1 dollar (0,14%) bahalaşaraq 69,38 dollar/barelə çatıb. Cümə günü Brent 0,24 dollar (0,35%) ucuzlaşaraq 69,28 dollar/barel olub.

Bu vaxta qədər Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,12 dollar (0,18%) bahalaşaraq bir barelə görə 66,17 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilənin qiyməti 0,18 dollar (0,27%) ucuzlaşaraq 66,05 dollar/barel olub.

Ötən həftə həm Brent, həm də WTI 1,5% ucuzlaşıb.