Neftin qiyməti bir gün əvvəl ucuzlaşdıqdan sonra çərşənbə günü səhər mülayim şəkildə yüksəlir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasnda Brent markalı neftin sentyabr fyuçersləri 0,25 dollar (0,36%) bahalaşaraq bir barel üçün 68,96 dollar olub. Çərşənbə axşamı Brent 0,5 dollar (0,7%) ucuzlaşaraq 68,71 dollar/barelə düşüb.
Bu vaxta qədər Nyu-Yorkun NYMEX əmtəə birjasının elektron hərraclarında WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,4 dollar (0,6%) artaraq bir barelə görə 66,92 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilənin qiyməti 0,46 dollar (0,7%) ucuzlaşaraq 66,52 dollar/barel olub.