Cümə axşamı neftin qiyməti sabitdir, treyderlər ABŞ-ın yeni tarifləri, eləcə də geosiyasi amillərlə bağlı məlumatları qiymətləndirirlər.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,30 dollar/barel təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,11 dollar (0,16%) bahadır. Çərşənbə günü bu müqavilələrin bir barelinin qiyməti 0,04 dollar (0,06%) artaraq 70,19 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində avqust ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti 0,05 dollar (0,07%) bahalaşaraq 68,43 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,05 dollar (0,07%) artaraq 68,38 dollar/barel təşkil edib.