Dünya bazarında neft bahalaşdı | Banco.az

Dünya bazarında neft bahalaşdı

Neftin qiymətləri  iki həftəlik ardıcıl enişdən sonra həftə ərzində yüksəldi.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti cümə axşamı bazarın bağlanışında 2,11 dollar (3,2%) artaraq 67,96 dollar/barelə çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin may fyuçersləri 2,21 dollar (3,54%) bahalaşaraq 64,68 dollar/barelə çatıb.