Dünya Bankı nüvə enerjisinə dəstək qadağasını ləğv edib | Banco.az

Dünya Bankı nüvə enerjisinə dəstək qadağasını ləğv edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankının Direktorlar Şurası enerji tələbatını ödəmək və əsas inkişaf məqsədlərinə nail olmaq üçün nüvə enerjisinin dəstəklənməsinə qoyulmuş qadağanı ləğv edib.

Banco.az xəbər verir ki, bank əsas inkişaf hədəflərinə çatmaq üçün elektrikə çıxışı artırma yollarını axtararkən təbii qazın axtarışı və istehsalına maliyyə dəstəyi verib-verməmə məsələsini müzakirə edir.

Dünya Bankı Qrupunun Prezidenti Acay Banqa öz məqaləsində bildirib ki, artan elektrik tələbatını qarşılamaq ən təcili və mürəkkəb inkişaf problemlərindən biridir.

Banqa əlavə edib ki, inkişaf etməkdə olan ölkələrin enerji tələbatının növbəti 10 ildə iki dəfə artacağı gözlənildiyi üçün onlar nüvə enerjisindən təmiz və sabit enerji mənbəyi kimi istifadə edə bilərlər. O həmçinin qeyd etdi ki, inkişaf etmiş ölkələrin enerji tələbatını qarşılamaq üçün illik investisiya ehtiyacları növbəti 10 ildə 280 milyard dollardan 680 milyard dollara qədər arta bilər.

Süni intellektin yüksəlişinin də qarşıdakı illərdə enerji istehlakını artıracağı gözlənilir.

ABŞ Dünya Bankının bu qərarını dəstəkləyib. ABŞ-ın Xəzinə naziri Skott Bessent aprel ayında bildirib ki, bu texnologiya bir çox inkişaf etməkdə olan ölkələr üçün enerji təminatında inqilab edə bilər.

Dünya Bankı 1944-cü ilin iyulunda qurulduğundan bəri yalnız 1959-cu ildə Cənubi İtaliyadakı bir müəssisəyə maliyyə dəstəyi göstərmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram