Dünya Bankı Cənubi Asiya regionunun iqtisadiyyatı ilə bağlı proqnoz verib | Banco.az

Dünya Bankı Cənubi Asiya regionunun iqtisadiyyatı ilə bağlı proqnoz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı Cənubi Asiya regionunun iqtisadiyyatının bu il 6 faiz artacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, Dünya Bankı Cənubi Asiya iqtisadiyyatı ilə bağlı hesabatını dərc edib.

Hesabata görə, Cənubi Asiya regionunun növbəti iki il ərzində dünyanın ən sürətlə inkişaf edən bölgəsi kimi davam edəcəyi gözlənilir.

Hesabatda bunun əsasən Hindistandakı güclü artımla bağlı olduğu bildirilir və qeyd edilir ki, digər ölkələrdə də artım tempi sürətlənəcək.

Bununla yanaşı, 2025-ci ildə də region iqtisadiyyatının artım tempinin 6,1 faiz olacağı proqnozlaşdırılırıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda vurğulanır ki, davam edən struktur problemləri dayanıqlı inkişafa təhlükə yaradır və bu da, öz növbəsində, regionun məşğulluq yaratmaq və iqlim şoklarına reaksiya vermək imkanlarına mane olur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram