Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2025- ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 23 milyard 480,9 milyon manat vəsait daxil olub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə 7 ayda büdcədən 19 milyard 944,6 milyon manat vəsait xərclənib.
Büdcənin icrasında 3 milyard 536,3 milyon manatlıq profisit (artıqlıq) yaranıb.
Əvvəlki ayın 1-nə isə dövlət bücəsinə 19 milyard 803,9 milyon manat vəsait daxil olub ki, büdcədən 17 milyard 095,6 milyon manat vəsait xərclənib, büdcənin icrasında 2708,3 milyon manatlıq profisit yaranıb.
Ümumilikdə isə təkcə iyul ayında dövlət büdcəsinə 3 milyard 677,0 milyon manat vəsait daxil olub. Dövlət büdcəsindən 2 milyard 849 milyon manat vəsait xərclənibvə ay ərzində büdcədə 828 milyon manat profisit yaranıb.