Doqquz ölkə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulur | Banco.az

Doqquz ölkə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulur

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqının iyulun 15-də bir sıra şəxslərə qarşı tətbiq etdiyi anti-Rusiya sanksiyalarına Avropanın doqquz ölkəsi qoşulub.

Banco.az xəbər verir ki, bu barədə Avropa Şurası portalında dərc olunan məlumatda deyilir.

Bu ölkələr Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Norveç, Şimali Makedoniya, Ukrayna və Monteneqrodur.