"Disney" xalis mənfəətini üç dəfə artırdı | Banco.az

"Disney" xalis mənfəətini üç dəfə artırdı

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ən böyük əyləncə və media şirkəti olan Amerikanın "Disney" dördüncü maliyyə rübündə xalis mənfəətini təxminən üç dəfə artırdı.

Banco.az xəbər verir ki, Disney-in press-relizinə görə, 27 sentyabrda başa çatan rüb üçün xalis gəlir bir ilin eyni dövründəki 460 milyon dollar və ya hər bir səhm üçün 0,25 dollar ilə müqayisədə 1,31 milyard dollar və ya hər səhmə görə 0,73 dollar təşkil edib. 

"Disney"in rüblük gəliri 0,5% azalaraq 22,46 milyard dollar olub.

Şirkətin media və əyləncə aktivlərini birləşdirən Disney-in ən böyük bölməsi, ötən maliyyə rübündə gəliri 6% azalaraq 10,21 milyard dollara çatdı.

Bölmənin axın xidməti olan Disney+-a ödənişli abunəçilərin sayı əvvəlki rüblə müqayisədə 3,8 milyon artaraq 132 milyona çatıb. "Disney+" üçün bir istifadəçiyə düşən orta aylıq gəlir əvvəlki rübdəki 7,86 dollardan 8,04 dollara yüksəlib.

Hulu da daxil olmaqla ödənişli abunəçilərin sayı 12,4 milyon artaraq 196 milyona çatıb.

İdman mediası seqmentində gəlir 2% artaraq 3,98 milyard dollara çatıb.

Şirkət cari və növbəti maliyyə illərində səhm başına iki rəqəmli düzəliş edilmiş mənfəət artımı gözləyir. O, həmçinin bu maliyyə ili üçün səhmlərin geri alınması hədəfini əvvəlki ilə müqayisədə iki dəfə artıraraq 7 milyard dollara çatdırıb.

Cümə axşamı günü bazar öncəsi ticarətdə "Disney" səhmləri 2,9% ucuzlaşıb.