DİM-in xərcləri 2 milyon manat artırılır | Banco.az

DİM-in xərcləri 2 milyon manat artırılır

2026-cı il dövlət büdcəsində Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinə 21.3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bu məbləğ 2025-ci illə müqayisədə 2 milyon manat və ya 10.2% çoxdur.